[b]“Belə qarşılaşmalar adətən boş tribunalar önündə olur”[/b] - FOTO
14.10.2015 - 10:12
[b]“Belə qarşılaşmalar adətən boş tribunalar önündə olur”[/b] - FOTO

“Azərbaycanla qarşılaşmada qol vurub, komandamızın qələbəsində rol oynadım. Amma daha çox növbəti seçmə mərhələni düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Mixail Aleksandrov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycanla son oyununda hesabı açan futbolçu qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Mixail daha çox DÇ-2018-in seçmə mərhələsi haqda fikirləşdiyini bildirib: “Düşünürəm ki, növbəti seçmə mərhələdə daha uğurlu çıxış edə bilərik. Həmin vaxt ən yaxşı oyunumuzu göstərib, hədəfimizə doğru irəliləyərik. Həmin qarşılaşmalara hələ vaxtımız var. Ümid edirəm ki, bu müddətdə yaxşı komanda qura bilərik. Azarkeşlərin Azərbaycanla qarşılaşmada oyuna gəlməməsinə nə deyəcəyimi bilmirəm. Biz nə İtaliyayıq, nə də Xorvatiya. Sonunculardan fərqli, heyətimizdə “Real” və “Barselona”nın oyunçuları yoxdu. Realist olmalıyıq. Təkcə biz futbolçular deyil, hamı göydən yerə enməlidi. Axı biz Azərbaycanla 4-cü yer uğrunda mübarizə aparırdıq. Onsuz da dördüncülük qarşılaşmaları adətən boş tribunalar önündə olur. Amma komandaya dəstək olmalıdılar”.

 

Qeyd edək ki, millimiz Bolqarıstanla qarşılaşmada 0:2 hesabı ilə uduzub.

0