[b]“Bosniya və Herseqovina Azərbaycandan böyük bir addım öndədi” – Robert Prosineçki[/b]
05.01.2018 - 00:03
[b]“Bosniya və Herseqovina Azərbaycandan böyük bir addım öndədi” – Robert Prosineçki[/b]

“Bosniya və Herseqovina kimi bir milli komandanın baş məşqçisi olduğum üçün çox şadam. Bir neçə gün sonra ora gedəcəm və işimə start verəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki deyib.

 

Millimizdən ayrıldıqdan sonra işsiz günləri çox çəkməyən xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yeni komandasındakı hədəflərindən danışıb: “Mənə etimad edənlərə təşəkkür edirəm. Hamımızın başlıca hədəfimiz əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxartmaqdır. Bosniya və Hersoqovina millisi bütün komponentlərdə Azərbaycan yığmasından böyük bir addım öndədi. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq”.

 

Prosineçki milli komanda karyeralarını bitirdiklərini açıqlayan Vedat İbişeviç və Senad Luliçlə danışacağını və onları yenidən yığmada görməkdən şad olacağını da vurğulayıb.

0