İspaniya Kubokunun 1/4 final mərhələsində “Espanyol”la qarşılaşan “Barselona” cari mövsümdə ilk yenilgisini alıb. Apasport.az saytının məlumatına görə, son dəqiqələrdə buraxılan qol kataloniyalıların 29 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Kataloniya təmsilçisi buna qədər sonuncu dəfə ötən ilin avqustunda İspaniya Superkubokunda “Real”a (0:2, 1:3) uduzmuşdu. Bununla ölkə çempionatı, kuboku və avrokubok matçları nəzərə alınmaqla, cari mövsüm “böyük beşlik” ölkələrində məğlub olmayan komanda qalmayıb.
Qarşılaşmanın 62-ci dəqiqəsində penaltini qola çevirə bilməyən “Barselona”nın futbolçusu Lionel Messi isə uğursuz göstəricisini artırıb. Belə ki, 6 onbirmetrlik zərbədən 3-nü qola çevirən argentinalı bu mövsüm İspaniyada ən çox penalti qaçıran oyunçu ünvanına yiyələnib.
Qeyd edək ki, “Espanyol”a səfərdə 0:1 hesabı ilə məğlub olan “Barselona” yanvarın 25-də cavab görüşünü “Nou Kamp”da keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı