Avropa çempionatının pley-off mərhələsinin ilk oyununda Slovakiya üzərində qələbə qazanan futzal üzrə Azərbaycan yığmasının hücumçusu Auqusto Sezarın apasport.az saytına müsahibəsi
- Oyunla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Çox çətin oyun oldu. Çünki bu, final mərhələsinə getmək üçün sonuncu şansdı. Oyun zamanı az da olsa, yorğunluq hiss olunurdu. Çünki hər gün çox məşq edirik. Avropa çempionatının final mərhələsinə qatılmaq bizim üçün çox vacibdi.
- Hesab cavab oyununa bir qədər rahat çıxmağınız üçün kifayət edəcəkmi?
- Əvvəla unutmayaq ki, ikinci oyun Bakıda deyil, rəqib meydanında keçiriləcək. Təbii ki, orda psixoloji təzyiq olacaq. Amma meydana qalib kimi çıxacağıq. Rəqibimiz cəhd edəcək ki, çox hücum qursun. Çünki onlar məğlub olduqlarından, itiriləsi bir şeyi qalmayıb. Bizə isə onların səhvlərindən maksimum dərəcədə faydalanmaq qalacaq.
- Fasilədə nə dəyişdi ki, siz ikinci hissəni fərqli keçirdiniz?
- Əslində birinci hissədə də pis oynamadıq. Sadəcə, bəxtimiz gətirmədi. Erkən qol vursaydıq, ardı başqa cür olacaqdı. Hücumlarımız kəsərli alınırdı, amma son anda qapıya düşə bilmirdik. Slovakiyanın qapıçısı da çox yaxşı oynadı. Hesabın böyüməməsinin əsas səbəbkarı o oldu. Slovakiya özü də çətin komandadı.
- Nədənsə əvvəlki kimi çox qol vura bilmirsiz. Özünüzün “çərçivə”yə düşə bilməməyiniz, bir neçə epizodda adi səhvlərə yol verməyiniz nədən irəli gəlirdi?
- Daha çox məsuliyyətdən irəli gəlir. Bilirik ki, final mərhələsinə yüksəlməliyik. Üstəlik, doğma meydanda oynayırıq və yerli azarkeşlərin qarşısında bacardığının ən yaxşısını etməlisən. Həddindən artıq istəkli olmağın isə bəzən səhvlərə yol verməyinlə nəticələnir.
- Yığmamızın final mərhələsinə yüksəlmək şansı var?
- Şansımız çoxdu. Çünki bizim yaxşı komandamız var. Bu da məqsədimizə çatacağımıza inamımızı artırır. Sadəcə, arxayınlaşmaq olmaz. Cavab oyununa elə çıxmalıyıq ki, sanki hesab 0:0-dı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA