[b]“Çelsi”nin müdafiəçisi “Mançester Yunayted”i ÇL-dəki rəqiblərlə müqayisə etdi[/b]
08.11.2017 - 16:08
[b]“Çelsi”nin müdafiəçisi “Mançester Yunayted”i ÇL-dəki rəqiblərlə müqayisə etdi[/b]

“Mönhenqladbax “Borussiya”sının heyətində Çempionlar Liqasında (ÇL) iştirak etsəm də, “Mançester Yunayted”lə qarşılaşma karyeramın ən böyük oyunlarından biridi”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin müdafiəçisi Andreas Kristensen deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “zadəganlar” ötən həftəsonu Premyer Liqanın XI turunda “Mançester Yunayted” üzərində öz meydanında minimalhesablı (1:0) qələbə qazanıblar. Maçtda 90 dəqiqə mübarizə aparan Kristensen bunun karyerası üçün çox vacib olduğunu vurğulayıb.

 

Danimarka millisinin gənc üzvü “Mançester Yunayted”lə görüşü Çempionlar Liqasındakı matçlara bənzədib. 21 yaşlı mərkəz müdafiəçisi “qırmızı şeytanlar”ı, xüsusən də, Mönhenqladbax “Borussiya”sında olarkən ötən mövsüm ÇL-dəki rəqibləri ilə müqayisə edib: “Çelsi”dən fərqli, “Borussiya”da olarkən bəxtimiz gətirməmişdi. Çünki qrupumuzda “Mançester Siti”, “Barselona” kimi nəhəng rəqiblər var idi. “Mançester Yunayted” də Premyer Liqanın ən güclü komandalarındandı. Bu üzdən çempionatda onlara qarşı oynamaq mənim inkişafım baxımından çox əhəmiyyətlidi. Çempionlar Liqasında rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlarda təzyiq hiss edirsən. “Borussiya” bu turnirin autsayderlərindən sayıldığından, orda təzyiq daha çox olurdu. Böyük komandalara qarşı oynadıqca isə bu təzyiqlərə tez öyrəşmək imkanı əldə edirsən”.

 

Qeyd edək ki, Andreas Kristensen 2015-2017-ci illəri icarə əsasında Mönhenqladbax “Borussiya”sında keçirib.

0