[b]“Əgər elədisə, sabah onlara...” – Rahid Əmirquliyev[/b]
10.10.2016 - 22:25
[b]“Əgər elədisə, sabah onlara...” – Rahid Əmirquliyev[/b]

“Çexiya barədə çox danışmağa ehtiyac yoxdu. Hamı onların necə komanda olduğunu yaxşı bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev deyib.

 

DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.

 

Millimizin oyunöncəsi mətbuat konfransında iştirak edən Əmirquliyev bunları əlavə edib: “Bizi sabah çətin görüş gözləyir. Rəqibi yaxşı təhlil etmişik. Öz oyunumuzu göstərib, sərfəli nəticə əldə etməyə çalışacağıq”.

 

- Çexiya yığmasının çalışdırıcısı bildirdi ki, Robert Prosineçkini məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyır. Sabah məşqçinizi ona tanıtdıra biləcəksizmi?

- Mən inanmıram ki, o, Prosinçekini tanımasın. Əgər elədisə, sabah onlara baş məşqçimizi tanıtdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

 

- Sabah qələbə qazansanız, qrupdakı liderliyi təmin edəcəyini demək olarmı?

- İndiyə kimi 2 oyun keçirmişik, 2 qələbə qazanmışıq. Artıq bizdə özümüzəinam var. Buna baxmayaraq, sabah da qələbə qazanıb, uğurlu seriyanı davam etdirmək istəyirik.

0