“İnyesta, Messi, Suares, Buskets və “Barselona”nın digər ulduz futbolçuları ilə yanaşı oynamaq inanılmaz hissdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Filipp Koutinyo deyib.
“Sky Sports”a danışan braziliyalı yarımmüdafiəçi yeni klubu haqda fikirlərini bildirib. O, Kataloniya təmsilçisində özünü rahat hiss etdiyini və ulduz futbolçularla birgə oynamaqdan məmnun olduğunu deyib: “Adını çəkdiklərimi əvvəl televiziya ekranında və “PlayStation”da görürdüm. İndi isə bu futbolçularla eyni paltardəyişmə otağında otururam. İnyesta dahidi. Messi dünyanın ən yaxşı futbolçusudu. O, istənilən oyunun taleyini təkbaşına həll edə bilər. Suares buraya uyğunlaşmağıma çox kömək etdi. Luis əsl futbol ulduzudu”.
Qeyd edək ki, Filipp Koutinyo “Barselona”ya ötən ay “Liverpul”dan keçib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA