[b]“Gözəl şəhər, əla nəticə” – “Roma” rəsmisi Bakını təriflədi[/b]
28.09.2017 - 13:40
[b]“Gözəl şəhər, əla nəticə” – “Roma” rəsmisi Bakını təriflədi[/b]

Çempionlar Liqasının II turunda “Qarabağ” üzərində səfər qələbəsi təkcə “Roma” futbolçularını yox, rəhbərliyi də sevindirib. Apasport.az saytının məlumatına görə, onlardan biri də futbol direktoru Ramon Monçi olub.

 

“Canavarlar”la birgə ölkəmizə gələn klub rəsmisi qələbə sevincini instaqram səhifəsi vasitəsilə bölüşüb. Uzun fasilədən sonra Çempionlar Liqasında qalibiyyət əldə edən “Roma”da futbol direktoru Bakını da tərifləməyi yaddan çıxarmayıb.

 

O, statusunda “Bakı – gəzinti və qələbə. Gözəl şəhər, əla nəticə. Doğru yolda irəliləyirik”, - deyə yazıb və paytaxtımızda çəkdirdiyi şəkilləri paylaşıb.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

0