[b]“Hesab oyuna görə oldu” – Tadas Simaitis[/b]
25.09.2016 - 19:11
[b]“Hesab oyuna görə oldu” – Tadas Simaitis[/b]

“Hesabı açdıqdan sonra bir neçə qol şansımız oldu. Onlardan yararlansaydıq, meydandan qalib kimi də ayrıla bilərdik”. Bunu apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına “Kəpəz”in qapıçısı Tadas Simaitis deyib

 

Gəncə klubunun qolkiperi heç-heçənin ədalətli nəticə olduğunu bildirib: “Qarabağ” hesabda geriyə düşdükdən sonra bütün qüvvəsi ilə hücuma atıldı. Etiraf etməliyəm ki, onların da kifayət qədər qol şansları oldu. Həmçinin biz də ikinci qola bir neçə dəfə yaxın olduq. Bu mənada bərabərliyi ədalətli nəticə sayıram”.

 

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

0