[b]“İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi” - Tomas[/b]
01.11.2017 - 10:13
[b]“İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi” - Tomas[/b]

“Son vaxtlar elə də yaxşı təsir bağışlamırıq. Nədənsə, bəxt də bizdən üz döndərib”. Apasport.az saytı xəbər verir ki, bunu “Atletiko”nun dayaq yarımmüdafiəçisi Tomas Partey deyib.

 

O qədər uğurlu mövsüm keçirməyən Madrid təmsilçisi Çempionlar Liqasının IV turunda öz meydanında “Qarabağ”la xalları yarı bölüb – 1:1.

 

Oyunla bağlı yerli mətbuata açıqlama verən qanalı futbolçu əvvəlki formalarını bərpa edəcəklərinə inandığını söyləyib. “Atletiko”ya 1 xalı qazandıran qolun müəllifi uğursuzluğu bəxtsizliklə əlaqələndirib: “İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi. Əla oyun nümayiş etdirdik. Xeyli qol vəziyyətləri yaratdıq. Biz hər oyunda qollar vurmağa çalışırıq. İndi silahımızı aşağı sala bilmərik. Bir komanda kimi “döyüşməyə” davam etməliyik. Sona qədər mübarizə aparmaq və təslim olmamaq lazımdı. Hələ də böyük işlər görə bilərik”.

 

Qeyd edək ki, qrupda sona 2 tur qalmış aktivində 3 xal olan “Atletiko” 3-cü pillədə qərarlaşıb.

0