[b]“İnter”in bəxti gətirmir: Daha bir futbolçu faciədən döndü[/b]
11.05.2016 - 19:21
[b]“İnter”in bəxti gətirmir: Daha bir futbolçu faciədən döndü[/b]

Topaz Premyer Liqasının XXXIV turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “İnter”in futbolçusu İlkin Qırtımov ağır xəsarət alıb. Apasport.az saytının matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, epizodların birində cənubluların futbolçusu Xəqani Sadıqovla hava mübarizəsinə girən müdafiəçi başına aldığı zərbə ilə yerə yıxılıb.

 

Oyuna yenicə daxil olmuş İlkinə komanda yoldaşları ilə bərabər klub həkimi də kömək etmək üçün cəhd edib. Əvvəlcə oyunçunun vəziyyəti ağır hesab olunub və təcili tibbi yardım maşını da meydançaya girib. Lakin sonradan həkimlərin müdaxiləsi ilə “22 nömrə” meydandan çıxarılıb və dərhal əvəz olunub.

 

Oyun başa çatdıqdan sonra Qırtımov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, iki tur əvvəl “bankirlər”in “Sumqayıt”la oyununda hücumçu Rauf Əliyev də başına zərbə almış, ciddi zədələnərək təcili yardım maşını ilə xəstəxanaya aparılmışdı.

0