[b]“İnter”in zədəlisindən şad xəbər[/b]
06.04.2017 - 19:30
Uzun müddətdir zədəsi səbəbindən yaşıl meydanlardan uzaq düşən Səlahət Ağayev nəhayət sağalıb. Apasport.az saytının məlumatına görə, “İnter”in “çərçivə qoruyucusu” artıq ümumi qrupda məşqlərə başlayıb.
Milli komandamızın Qətərlə yoldaşlıq oyununda xəsarət alan futbolçu o vaxtdan zədəsini sağaltmaqla məşğul idi.
Bundan başqa, müdafiəçi Abbas Hüseynov da artıq meydana çıxmağa hazırdı.
Qeyd edək ki, paytaxt təmsilçisi Premyer Liqada növbəti matçını aprelin 10-da “Zirə”yə qarşı keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0