İtaliya millisi Azərbaycanla keçiriləcək oyuna 3 hücumçu ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yerli KİV-in iddiasına görə, baş məşqçi Antonio Konte Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda baş tutacaq matçda 4-3-3 taktiki sxemindən yararlanacaq. Lakin təcrübəli mütəxəssis ön xətdə kimlərə şans verəcəyini hələ müəyyənləşdirə bilməyib. Bu mövsüm yaxşı formada olan Eder və ya Pelledən birini hücumun mərkəzində oynatmağı düşünən Konte birincini cinaha da çəkə bilər. Həmçinin o, Sebastian Covinko, Stefan El-Şaravi və Simone Zaza arasında da seçim etməkdə çətinlik çəkir. Lorenzo İnsinyenin isə yarımmüdafiə xəttində çıxışı gözlənilir.
İtaliya mediası eyni zamanda Azərbaycanla oyunla bağlı sorğu aparıb. Yerli mətbuat Azərbaycan – İtaliya matçının nəticəsi ilə bağlı proqnoz verib. Ümumi rəy isə belə olub: İtaliya yığması Bakıda 2:0 hesablı qələbə qazanacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı