Türkiyənin “Karşıyaka” klubu cari mövsümün ilk 7 oyununda 11 qol buraxmaqla, I liqa tarixində ən pis çıxışını göstərib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bu göstəricidə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin də “payı” var.
İzmir təmsilçisinin əsas qolkiperi Ağayev olduğundan, 7 oyundakı 11 qolun hamısını məhz həmyerlimiz buraxıb. Yay “transfer pəncərəsi”ndə heyətini xeyli gücləndirən “Karşıyaka” azarkeşlərin tələb etdiyi oyunu göstərə bilmir.
10 il öncə, yəni 2005-2006 mövsümündə də izmirlilər mövsümün ilk 7 matçında qapılarından 11 top buraxıblar. Ancaq həmin vaxt komanda 7 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşdığı halda, bu dəfə aktivində 6 xal olan “Karşıyaka” 14-cü pillədədi.
Qeyd edək ki, Kamran Ağayevin komandası PTT I Liqanın cari mövsümündə ən çox qol buraxan 4-cü komandadı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı