[b]“Kəpəz”in 16 günlük toplanışı başa çatdı[/b]
02.02.2018 - 18:16
[b]“Kəpəz”in 16 günlük toplanışı başa çatdı[/b]

Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər məşqi ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb.

 

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qonşu ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər. "Kəpəz" toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb.

 

Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.  

 

Qeyd edək ki, “Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi.