“Keşlə”də baxışda olan futbolçulardan birinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçu Anton Postupalenko ilə bağlı qərar verilib.
30 yaşlı yarımmüdafiəçi bakılılara lazım olmayıb. Belə ki, “Keşlə”nin baş məşqçisi Yuri Maksimov həmyerlisinin məşqlərdəki çıxışından razı qalmayıb. Buna görə də, Postupalenkoya ehtiyac duyulmayıb. Komandanın düşərgəsindən ayrılan futbolçu ölkəsinə yola salınıb.
Qeyd edək ki, bu vaxta qədər yalnız ölkəsində oynamış Anton Postupalenko “Metallist”, “Zakarpatye”, “Stal”, “Metallurq” (Donetsk) və “Olimpik” (Donetsk) klublarının formasını geyinib. O, Ukraynanın U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı