“Lopeteqi ilə çoxdan tanışıq. Onunla söhbətdə mənə millinin əsas qapıçısının David de Xea olacağını demişdi”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Porto” klubunun qolkiperi İker Kasilyasa məxsusdu.
Ölkəsinin mətbuatına açıqlama verən 35 yaşlı çərçivə qoruyucusu yığma karyerası barədə danışıb. Kasilyas İspaniya millisi ilə vidalaşmadığını və baş məşqçi Xulen Lopeteqidən dəvət gözlədiyini bildirib: “Layiqəmsə, yığmaya qayıtmaq istərdim. Mən heç vaxt deməmişəm ki, milli ilə vidalaşmışam. Dəvət gözləyirəm. Kim deyir ki, mən İspaniya yığmasına qayıda bilmərəm?”.
Qeyd edək ki, 2000-ci ildə İspaniya yığmasında debüt edən Kasilyas millidə 167 oyun keçirib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı