[b]“Krasnodar” – “Qəbələ” oyununa maraq azdı[/b]
01.10.2015 - 22:27
[b]“Krasnodar” – “Qəbələ” oyununa maraq azdı[/b]

“Krasnodar” – “Qəbələ” oyununa maraq azdı. Apasport.az-ın Krasnodara ezam olunmuş əməkdaşının məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində bir neçə dəqiqə sonra start götürəcək görüş öncəsi tribunalar bomboşdu.

Buna səbəb Krasnodara güclü yağışın yağmasıdı. Təxminən saat yarım öncə başlayan leysan indi səngiyib. Görüşün startına cəmi 30 dəqiqə vaxt qalsa da, hələ də gözlənilən maraq yox dərəcəsindədi. Azarkeşlər indi-indi stadiona gəlməyə başlayırlar.

Qeyd edək ki, “Krasnodar”ın ev oyunlarını keçirdiyi “Kuban Arena” 35 min azarkeş tutumuna malikdi.