[b]“Məğlubiyyətin əsas səbəbi...” – Elbrus Məmmədov[/b]
10.04.2016 - 18:50
[b]“Məğlubiyyətin əsas səbəbi...” – Elbrus Məmmədov[/b]

“Məğlubiyyətimizə əsas səbəb müdafiədəki səhlənkarlıq oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XXIX turu çərçivəsində öz meydanında “Neftçi” ilə qarşılaşan cənubluların çalışdırıcısı matçdan sonra “CBC Sport”un əməkdaşına verdiyi açıqlamada “Böyük oyunda” qeydə alınan minimalhesablı məğlubiyyəti belə şərh edib: “Uşaqlar oyun ərzində bircə səhv etdilər ki, onda da qol buraxdıq. Çalışdıq ki, ikinci hissəni hücumda keçirək. İlk yarıda da cəhdlər etdik, alınmadı. Rəqibin qol vurduğu epizod oyundankənar vəziyyətə oxşayır. Baxacağıq təkrara”.

0