Bu gün AFFA-nın Futbol Akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edib.
Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.
Püşkün nəticəsinə əsasən, Yüksək Liqanın I turunun təqvimi aşağıdakı kimi olacaq:
30 sentyabr
15:00. “Neftçi” – “Yasamal”
16:30. EKOL – “Araz”
18:00. İD.Futsal – “Marafon Futsal”
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqa 4 dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. I turun oyunları ABU Arenada keçiriləcək.
Mənbə: affa.az
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA