[b]“Neftçi” daha bir ayrılığı rəsmən açıqladı[/b]
16.01.2018 - 17:50
“Neftçi” yarımmüdafiəçi Tərzin Cahangirovla yolları ayırdığını rəsmən açıqlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, futbolçunun “ağ-qaralar”la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Cahangirovun karyerasını hansı klubda davam etdirəcəyi çoxdan dəqiqləşib. Tərzin “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tərzin Cahangirov “Neftçi”yə ötən mövsümün gedişində cəlb olunmuşdu.
0
0