[b]“Neftçi” daha bir yoxlama oyunu keçirəcək[/b]
04.02.2018 - 15:02
[b]“Neftçi” daha bir yoxlama oyunu keçirəcək[/b]

Premyer Liqanın XV turunda “Kəpəz”lə qarşılaşacaq "Neftçi" hazırlığını ölkə daxilində davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" daha bir yoxlama görüşü keçirəcək.

 

Paytaxt klubu I divizion təmsilçisi "Sabah"ı sınağa çəkəcək. Sabah İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında baş tutacaq qarşılaşmanın start fiti 15:00-da səslənəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu fevralın 11-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.