[b]“Neftçi” I divizion klubuna qalib gəldi[/b]
05.02.2018 - 17:04
[b]“Neftçi” I divizion klubuna qalib gəldi[/b]

Antalyadan qayıdan “Neftçi” Bakıda yoxlama matçı keçirib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” I divizion təmsilçisi “Sabah”la qarşılaşıblar.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında keçirilən görüş Tərlan Əhmədovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 73-cü dəqiqədə Emin Mahmudov vurub. O, Mirabdulla Abbasova edilmiş kobudluğa görə təyin olunan penaltini qolla tamamlayıb.

 

“Neftçi” meydana bu heyətlə çıxıb: Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov (k), Rəşad Sadiqov, Anton Krivotsyuk, Derlis Meza Kolli, Emin Mahmudov, İqnasio Errera, Namik Ələskərov, Fransisko Qarsia, Lukas Qomez.