“Neftçi”nin makedoniyalı futbolçusu Vançe Şikovun xidmətindən məhrum olub. Klubdan apasport.az saytına verilən məlumata görə, müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Şkendiya” ilə Makedoniyadakı oyununda aldığı zədə onun 2 ay meydanlardan kənar qalması ilə nəticələnib.
Belə ki, qarşılaşmada ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyan Vançenin ayağında sınıq aşkarlanıb. Buna onun rəqib futbolçu ilə toqquşması səbəb olub.
İkinci sarı vərəqə aldığı epizodda yaşanan bu hadisə onun meydanı da çətinliklə tərk etməsi ilə nəticələnib. Həkimlər Şikovun ayağını 4 həftə gipsdə saxlamağa qərar verib. Bu üzdən də ötən ay transfer olunan müdafiəçi ən azı 2 ay müddətində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, makedoniyalı “Neftçi”də 4 oyun keçirib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı