“Klubda 3 gün işə çıxdıqdan sonra 3-4 gün istirahət edəcəm və ardından çalışmaları sürətləndirəcəm”. Bu sözləri apasport.az saytına “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
47 yaşlı mütəxəssis artıq transfer çalışmalarını sürətləndirdiklərini vurğulayıb: “Millinin düşərgəsində olduğum üçün bir müddət klubdan ayrı qaldım. Buna baxmayaraq, komandanın hazırlıq proqramına və transfer məsələlərinə nəzarət edirdim. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli artıq “Neftçi”nin oyunçularıdı. Onlarla 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Elnur Cəfərovla da razılıq əldə etmişik. Əcnəbi futbolçulara gəlincə, qapıçı Boban Baykoviçin komandaya qayıtmayacağı dəqiqdisə, yarımmüdafiəçi Zdenek Folprextlə danışıqları hələ də davam etdiririk”.
Abdullayev iyunun 26-da komandanın bir araya gələcəyini sözlərinə əlavə edib: “Təxminən 1 aya yaxın Bakıda toplanış keçəcəyik. İyulun 12-də burda “Kəpəz”lə yoxlama görüşü keçirəcəyik. Gələn ayın sonlarında da ölkə xaricinə yollanacağıq. Amma hansı ölkəyə gedəcəyimiz hələ dəqiq bilinmir. Orda da 3 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Rəqiblərin kimliyi ilə bağlı danışıqlar davam edir. Yəqin ki, yaxın günlərdə buna da aydınlıq gələr”.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”