Topaz Premyer Liqasının 3 futbolçusu üçün “açıq qapı” mövcuddur. Apasport.az saytının məlumatına görə, çempionatın bombardiri Reynaldo Silva (“Qarabağ”), Vaqif Cavadov (“İnter”) və Con Oluremi (AZAL) kabusuna çevrildiyi komandanı hər oyunda məyus edir.
Bu üç hücumçu münasib rəqiblə keçirilən qarşılaşmaları qolsuz tərk etmir. Vaqiflə Reynaldo eyni komandanı “Sumqayıt”ı hər görəndə qol vurur. Braziliyalı 3 matçda 5, həmyerlimiz isə 3 oyunda 3 dəfə autsayderi məyus edib.
Con isə “Neftçi” üçün dərd olub. “Ağ-qaralar” o qədər də güclü olmayan rəqibin amerikalı legionerini saxlamaqda aciz qalıb. Oluremi komandası uduzanda da, darmadağın olanda da “Neftçi”nin qapısına yol tapır.
Qeyd edək ki, hər 3 futbolçunun IV dövrədə də rəqibi məyus etmək imkanı var. Çünki bu cütlərdə 4-cü qarşılaşmalar hələ baş tutmayıb.
Con Oluremi – “Neftçi”
I tur – “Neftçi” – AZAL – 4:1 (58-ci dəqiqə)
XVIII tur – AZAL – “Neftçi” – 2:1 (18-ci dəqiqə)
XXVI tur – “Neftçi” – AZAL – 2:1 (90+3-cü dəqiqə)
Reynaldo Silva – “Sumqayıt”
II tur – “Qarabağ” – “Sumqayıt” – 5:1 (63-cü və 90+1-ci dəqiqə)
X tur – “Sumqayıt” – “Qarabağ” – 0:3 (56-cı dəqiqə)
XXVII tur – “Qarabağ” – “Sumqayıt” – 3:0 (70-ci və 72-ci dəqiqə)
Vaqif Cavadov – “Sumqayıt”
IX tur – “Sumqayıt” – “İnter” – 0:2 - 31-ci dəqiqə
XVII tur – “İnter” – “Sumqayıt” – 2:0 (88-ci dəqiqə)
XXV tur – “Sumqayıt” – “İnter” – 0:1 (63-cü dəqiqə)