Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz”i qəbul edəcək “Neftçi” matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, gəncəlilərlə qarşılaşma öncəsi paytaxt klubunda heyətlə bağlı problem yaranıb.
Belə ki, müdafiəçi Ömər Buludov, yarımmüdafiəçilər Elnur Süleymanov, Elnur Cəfərov və hücumçu Lukas Qomez zədədən əziyyət çəkirlər. Buludov və Cəfərovun qarşıdakı oyunu buraxacaqları dəqiqdi. Süleymanovla yeni transfer Qomezin durumuna isə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Bundan əlavə, komandanın aparıcı oyunçularından olan Rəhman Hacıyevin səhhətində problem yaranıb. Lakin onun ikinci yarının ilk qarşılaşmasına qədər sağalması gözlənilir.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” görüşü fevralın 11-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA