“Azar təkbətək mübarizələrdə rəqiblərini asanlıqla aldada, məksuldar ötürmələr verə və qol vura bilən futbolçudu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas deyib.
“Sky Sports”a açıqlama verən ispaniyalı çalışdırıcı komanda yoldaşı Eden Azarı tərifləyib. O, belçikalının yaxın illərdə “Qızıl top” mükafatını qazanacağına inandığını bildirib: “Eden istədiyi hər şeyi edəcək gücdədi. Özündən çox şey asılıdı. Mən bir çox yüksək səviyyəli futbolçu ilə eyni komandada oynamışam. Azarda “Qızıl top”u qazanmaq üçün bütün komponentlər var”.
Qeyd edək ki, Eden Azar Premyer Liqanın cari mövsümündə 21 oyunda aktivinə 8 qol, 2 assist yazdırıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA