[b]“Qalatasaray” Avrokuboklardan kənar qalır?[/b]
08.10.2015 - 19:35
[b]“Qalatasaray” Avrokuboklardan kənar qalır?[/b]

“Qalatasaray” gələn mövsüm Avrokuboklardan uzaq qala bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb klubun maliyyə fair-pley qaydalarına uymamasıdır.

 

Bu barədə “NTV Spor” kanalına açıqlamasında klubun futbol direktoru Cenk Ergün açıqlama verib:

 

“İndiki vəziyyətimizdə qalsaq, gələn mövsüm Avrokuboklara qatılmaya bilərik. UEFA-dan bir il daha əlavə müddət istəyəcəyik. Dekabrın ilk həftəsində UEFA ilə bir görüşümüz olacaq. Maliyyə durumumuz haqqında məlumatlar oktyabrın 15-də ali futbol qurumunun sisteminə daxil olacaq”.