Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Anderlext” (Belçika) qarşılaşmasında vurulan ilk qol yubiley və mütləq rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, II turun bugünkü matçında qonaqların qapısına yol tapan Riçard Almeyda Ağdam təmsilçisinin avrokuboklarda 60-cı qolunu vurub.
Qitəmiqyaslı klub turnirlərində 1996-cı ildə debüt edən ağdamlılar bu müddətdə keçirdiyi əvvəlki 61 matçda 59 dəfə fərqlənmişdi. Braziliyalı legioner 62-ci qarşılaşmaya təsadüf edən 60-cı qola imza atıb.
Azərbaycan klubları arasında ən çox top vuran komanda olan “Qarabağ”ın 60-a çatmasına digər braziliyalı – Reynaldo hamıdan artıq 9 qolla töhfə verib. Bu 60 qoldan 49-u Avropa Liqası, 8-i Çempionlar Liqası, 2-si İntertoto kuboku, 1-i Kuboklar kubokuna təsadüf edib.
Almeyda isə bu qolu ilə yeni rekord müəyyənləşdirib. O, Azərbaycan futbolu tarixində ardıcıl 4 avrokubok matçında fərqlənən ilk futbolçu olub.
İsveçrə “Yanq Boyz”u ilə hər iki pley-off qarşılaşmasında (1:0, 3:0) və I turun “Tottenhem”lə İngiltərədəki oyununda (1:3) rəqibləri məyus edən Riçard Branimir Subaşiç və Reynaldonun rekordunu təkrarlamışdı. Sonuncu “Qarabağ”ın heyətində meydana çıxdığı ardıcıl 3 oyunda, serbiyalı isə “Xəzər Lənkəran”ın 3 görüşündə qol seriyası nümayiş etdirmişdi. Bugünkü matçda öz seriyasını 4-ə çatdırmağa nail olan Almeyda isə mütləq rekordla onları arxada qoyub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı