[b]“Qarabağ” – “Mladost” görüşünün başlama saatı bilindi[/b]
02.02.2018 - 16:26
[b]“Qarabağ” – “Mladost” görüşünün başlama saatı bilindi[/b]

Antalyada təlim-məşq toplanışıdan olan “Qarabağ” sabah sonuncu yoxlama matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun budəfəki rəqibi “Mladost” olacaq.

 

Qurban Qurbanovun yetirmələrinin Monteneqro təmsilçisi ilə qarşılaşmasının start fiti Bakı vaxtı ilə 19:30-da səslənəcək.

 

Qeyd edək ki, “Qarabağ” hazırlıq çərçivəsində buna qədər “Kuban” (Rusiya - 2:2), “Lexiya” (Qdansk, Polşa - 1:1), “Şkupi” (Makedoniya - 0:0), “Mariupol” (Ukrayna - 2:3) və “Sarayevo” (Bosniya və Herseqovina - 0:2) ilə qarşılaşıb.