“Qarabağ” avrokuboklarda ardıcıl 5-ci ev oyununda da qapısını toxunulmaz saxlayıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar Avropa Liqasının qrup mərhələsinin II turunun “Anderlext”lə qarşılaşmasında da qol buraxmamaqla (1:0) klub tarixinin rekordunu müəyyənləşdirib.
Bunadək cari mövsümdə Çempionlar Liqasında Monteneqronun “Rudar” və Şotlandiyanın “Seltik” (hər ikisi 0:0), Avropa Liqasının pley-off mərhələsində İsveçrə “Yanq Boyz”u (3:0) ilə matçlarda da evdə qapısında qol görməyən təmsilçimiz 2014-cü ilin sonunda Bakıda İtaliya “İnter”i ilə oyunda başladığı seriyanı 5-ə çatdırıb.
2011-13-cü illərdə “Banqa” (Litva), “Streymur” (Farer adaları), “Brügge” (Belçika) və “Metallurq”la (Makedoniya) qarşılaşmalarda ardıcıl 4 “quru” oyun keçirən “Qarabağ” həmin rekordunu yeniləyib. Qurban Qurbanovun yetirmələri öz meydanında son qolu 2014-cü il noyabrın 6-da Ukrayna “Dnepr”i ilə matçın 73-cü dəqiqəsində buraxıb. Nikola Kaliniçin qolundan sonra isə ağdamlılar 467 dəqiqədir evdə qapısından top keçməsinə imkan vermir.
Öz meydanında ardıcıl 5 quru oyun Azərbaycan futbolu tarixində 2-ci göstəricinin təkrarıdı. Qrupda oynayan digər təmsilçimiz “Qəbələ”nin də eyni seriyası davam etməkdədir. Ölkə rekordu isə “Neftçi”yə məxsusdu. Bakılılar avrokuboklardakı ardıcıl 6 ev oyununu qol buraxmadan tərk edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı