Azərbaycan və Belçika klublarının Bakıdakı oyunlarında qeydə alınan tendensiya “Qarabağ” – “Anderlext” matçında da davam edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi evdə belçikalılar üzərində 1:0 hesablı qələbə qazanmaq ənənəsinə sadiq qalıb.
Belə ki, Qurban Qurbanovun yetirmələrinin Riçard Almeydanın qolu ilə qalib gəldiyi matçadək iki ölkə təmsilçiləri üçü Bakıda olmaqla 6 dəfə qarşılaşmışdı. Ölkəmizdəki hər 3 matç indiki oyunda olduğu kimi – təmsilçimizin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
2005-ci ildə “Neftçi” “Anderlext”i, 3 il sonra isə “Jerminal”ı 1 cavabsız qolla keçmişdi. 2011-ci ildə isə “Qarabağ” “Brügge”ni eyni hesabla məğlub etmişdi. Bu qələbəni 4-cü dəfə yaşayan yeganə futbolçu olan Rəşad Sadıqov bütün matçlarda kapitan kimi meydana çıxıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı