Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” ilk görüşünü sentyabrın 17-də səfərdə “Tottenhem”ə qarşı keçirəcək. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” bu dəqiqələrdə Bakını tərk edərək, Londona yola düşüblər.
Ağdam klubunu aparan təyyarə birbaşa Londona uçacaq. Uçuşun təxminən 5 saat yarım olması gözlənilir.
Sabaha “Qarabağ” oyunun keçiriləcəyi “Uayt Hart Leyn” stadionunda yerli vaxtla 19:00-da məşqə çıxacaq. Buna qədər isə komandanın baş məşqçisi Qurban Qurbanov və bir futbolçu media mənsublarının suallarını cavablandıracaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA