[b]“Qarabağ” üçün statistik təsəlli: “Anderlext” səfərdə qələbə qazanmır[/b]
01.10.2015 - 16:40
[b]“Qarabağ” üçün statistik təsəlli: “Anderlext” səfərdə qələbə qazanmır[/b]

Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la qarşılaşacaq Belçikanın “Anderlext” klubu ciddi problem yaşayır. Apasport.az saytının məlumatına görə, Brüssel təmsilçisi avrokuboklarda səfər sindromuna tutulub.

 

Belə ki, “ağ-bənövşəyilər” ardıcıl 10 matçdı rəqib meydanında qələbə qazana bilmir. “Anderlext” son səfər uğurunu 1129 gün əvvəl qazanıb.

 

2012-ci il avqustun 28-də rəqib meydanında sevinən belçikalılar pley-offda Kipr AEL-indən üstün olub. Bundan sonra 9 qrup matçı və 1/16 finalın bir görüşündə meydan sahibləri məğlubedilməz qalıb.

 

 

2012/13, Çempionlar Liqası, pley-off

28.08.2012. AEL (Kipr) – “Anderlext” – 0:2

2012/13, Çempionlar Liqası, qrup

18.09.2012. “Milan” (İtaliya) – “Anderlext” –0:0

24.10.2012. “Zenit” (Rusiya) – “Anderlext” –1:0

04.12.2012. “Malaqa” (İspaniya) – “Anderlext” –2:2

2013/14, Çempionlar Liqası, qrup

17.09.2013. “Benfika” (Portuqaliya) – “Anderlext” –2:0

05.11.2013. PSJ (Fransa) – “Anderlext” –1:1

10.12.2012. “Olimpiakos” (Yunanıstan) – “Anderlext” –3:1

2014/15, Çempionlar Liqası, qrup

19.09.2014. “Qalatasaray” (Türkiyə) – “Anderlext” –1:1

04.11.2014. “Arsenal” (İngiltərə) - “Anderlext” – 3:3

09.12.2014. “Borussiya” (Dortmund, Almaniya) – “Anderlext” – 1:1

2014/15, Avropa Liqası, 1/16 final

26.02.2015. “Dinamo” (Moskva, Rusiya) - “Anderlext” – 3:1