Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətlərində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, buna səbəb Trnava “Spartak”ının Slovakiya çempionu adını qazanmasıdı.
Bu komandanın hələlik hansı səbətdə yer alması bilinməsə də, slovakiyalılar nisbətən aşağı reytinqə malik “Valletta”nı səpələnməmişlər sırasına göndərib. Bununla da Malta klubu Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibləri sırasına qoşulub.
Səpələnmişlərdən biri olan Qurban Qurbanovun yetirmələrinin bunadək 9 potensial rəqibi bəlli idi. “Valletta” bu siyahıda 10-cu olub. Malta çempionundan başqa bu siyajıda “Kruzaders” (Şimali İrlandiya), “Vikinqur” (Farer adaları), “Sutyeska” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartak” (Latviya), “Valyur” (İslandiya), “Flora” (Estoniya) və “Torpedo” (Kutaisi, Gürcüstan) komandaları yer alıb.
Ümumilikdə isə mərhələyə birbaşa qatılacaq 33 komandadan 23-ü bilinir. Onlardan 11-i səpələnmiş, 10-u səpələnməmişdisə, 2-nin səbəti bilinmir. Bu raundun bir komandası isə ilkin mərhələnin qalibi olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan)
“Seltik” (Şotlandiya)
“Astana” (Qazaxıstan)
BATE (Belarus)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Malmö” (İsveç)
“Srvena Zvezda” (Serbiya)
“Rusenborq” (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
Kipr çempionu
Danimarka çempionu
İsrail çempionu
Səpələnməmişlər
“Valletta” (Malta)
“Vikinqur” (Farer adaları)
“Kruzaders” (Şimali İrlandiya)
“Sutyeska” (Monteneqro)
“Suduva” (Litva)
“Kork Siti” (İrlandiya)
“Spartak” (Latviya)
“Valyur” (İslandiya)
“Flora” (Estoniya)
“Torpedo” (Kutaisi, Gürcüstan)
Ermənistan çempionu
Qeyri-müəyyənıər
“Spartak” (Slovakiya)
“Şkendiya” (Makedoniya)
Polşa çempionu
Bosniya və Herseqovina çempionu
Xorvatiya çempionu
Macarıstan çempionu
Albaniya çempionu
Lüksemburq çempionu
İlkin mərhələnin qalibi