[b]“Qarabağ”dan maraqlı rekord[/b]
17.09.2015 - 21:31
[b]“Qarabağ”dan maraqlı rekord[/b]

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Londonda “Tottenhem”in qonağı olan “Qarabağ” maraqlı rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar qrup mərhələsinin ilk turunda keçiriləcək oyunlar üçün ən uzaq məsafəyə səfər edən komandadı.

 

Belə ki, Azərbaycan çempionu qrup mərhələsindəki ilk oyununa çıxmaq üçün Bakıdan Londona qədər olan 4 000 km məsafəni qət etməli olub.

 

Bu göstərici ilk tur üçün ən uzun məsafədi.