Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, ağdamlıların hər iki matçının başlama saatı müəyyənləşib.
Qurban Qurbanov ilk olaraq “Şkupi” ilə görüşdə yetirmələrini sınayacaq. Makedoniyalılarla oyun Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Cəmi 2 saat yarımdan sonra, yəni 18:30-da Azərbaycan çempionu Ukrayna təmsilçisi “Mariupol”la qarşılaşacaq.
Qeyd edik ki, “Qarabağ” Türkiyə toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirib. Ölkə çempionu “Kuban” (Rusiya – 2:2) və “Lexiya” (Polşa – 1:1) ilə heç-heçə edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı