“Qarabağ”ın maraq dairəsində olan Xama Billiatın Azərbaycana gəlişi bir qədər də qəlizləşib. Apasport.az saytının məlumatına görə, CAR-ın “Mamelodi Sandaunz” klubunun formasını geyinən forvarda elə bu ölkənin başqa klubu “Orlando Pirates” də maraq göstərir.
Sözügedən komanda Zimbabve millisinin üzvünə bir dəfə təklif yollayıb, rədd cavabı alsa da, fikrindən dönmək istəmir. “Soccerladuma.co.za” saytının iddiasına görə, “quldurlar” artıq oyunçu ilə ön anlaşmanın detallarını razılaşdırıblar.
Futbolçunun məxsus olduğu “Mamelodi Sandaunz” da artıq onu satmaq fikrinə düşüb. Belə ki, müqavilə müddəti iyuna qədər olan hücumçu mövsümün sonunda sərbəst qalacağından klub satışdan müəyyən gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Xama Billiat 2013-cü ildən “Mamelodi Sandaunz”un formasını geyinir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı