[b]“Qarabağ”ın maraqlandığı müdafiəçi toplanışa qatıldı[/b]
16.01.2018 - 12:53
[b]“Qarabağ”ın maraqlandığı müdafiəçi toplanışa qatıldı[/b]

“Qarabağ”ın gündəmində olan müdafiəçi Steliano Filip klubu “Dinamo”nu tərk etməyə hazırlaşmır. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı futbolçu komandası ilə birlikdə Kiprə yollanıb.

 

Belə ki, təlim-məşq toplanışı üçün Limassola gedən buxarestlilərin ölkə xaricindəki hazırlığına qatılan Filip eyni zamanda komandanın yeni kapitanı təyin edilib. O, yerli  KİV-ə müsahibəsi zamanı “Dinamo”nun qarşıya qoyduğu hədəflərdən söz açıb, yeni transferlər barədə fikir bildirib.

 

Rumıniya millisinin üzvünün bu müsahibəsindən belə qənaətə gəlmək olar ki, o, karyerasını elə hazırkı komandasında davam etdirəcək.

 

Qeyd edək ki, Steliano Filip 2012-ci ildən “Dinamo”nun formasını geyinir.