Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” İspaniya Kral Kubokunda mübarizəyə start verib. Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində aşağı liqa təmsilçisi “Elçe”nin qonağı olub.
Baş məşqçi Dieqo Simeone oktyabrın 28-də “Vilyarreal”la keçirəcəkləri çempionat və 3 gün sonra “Qarabağ”la baş tutacaq ÇL görüşündən öncəki qarşılaşmada ehtiyat heyətə şans verib.
Oyunda hesabı 17-ci dəqiqədə “Atletiko” açıb. Madrid klubunun heyətində Tomas fərqlənib. Lakin qonaqlar bu hesabı qoruya bilməyiblər. 52-ci dəqiqədə “Elçe” Lolonun penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Matç 1:1 hesabı ilə nəticələnib.
“Elçe” – “Atletiko” - 1:1
Qollar: Lolo, 52 (pen.) – Tomas, 17
“Atletiko”: Migel Moya, Vrsalyko, Ximenes, Lukas, Qonzales, Bare (Antonio Moya, 59), Tomas (Saul, 59), Fernandes, Qaytan, Vietto, Torres
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı