“Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiatın karyerasını harada davam etdirəcəyi qeyri-müəyyən olaraq qalır. Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, Pretoriya təmsilçisi 28 yaşlı futbolçuya vaxt verib.
Belə ki, rəhbərlik ayın sonuna qədər Billiatın oyunlarda iştirak etməməsini qərara alıb. Bununla oyunçuya “transfer pəncərəsi”nin son gününə, yəni yanvarın 31-nə qədər vaxt qoyulub. Billiat əgər yeni müqavilə bağlamağa razılıq versə, yenidən komandaya qoşulacaq. Əks təqdirdə, “Mamelodi Sandaunz” onunla bağlı gələn təkliflərdən birini müsbət dəyərləndirəcək. Çünki Zimbabve millisinin üzvünün müqavilə müddəti yaya qədərdi və klubu onu həmin vaxt havayı buraxmaq niyyətində deyil.
Billiatla bağlı “Mamelodi Sandaunz”a CAR klubları və “Qarabağ”dan rəsmi təklif gəldiyi vurğulanıb. Futbolçu özü isə karyerasını Avropada davam etdirmək niyyətindədi. Yerli KİV onun “Qarabağ”a keçmək şansının yüksək olduğu qənaətindədi. Bir sözlə, Azərbaycan çempionu “Mamelodi Sandaunz”un yekun qərarını bilmək üçün daha bir həftə gözləməli olacaq.
Qeyd edək ki, Xama Billiat 2013-cü ildən çıxış etdiyi “Mamelodi Sandaunz”un heyətində 129 matçda 43 qola imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı