[b]“Qəbələ” ilə oyuna yaxşı hazırlaşmışıq” - Yonas Hofmann[/b]
21.10.2015 - 20:02
[b]“Qəbələ” ilə oyuna yaxşı hazırlaşmışıq” - Yonas Hofmann[/b]

“Rəqibi analiz etmişik. Öz çempionatlarında ikinci yerdə gedir. Biz bu oyuna yaxşı hazırlaşmışıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Borussiya”nın futbolçusu Yonas Hofmann deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund klubu sabah “Qəbələ” ilə qarşılaşacaq.

 

Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən Hoffman bunları deyib: “Əminik ki, onlar da bizi yaxşı analiz ediblər. Çalışacağıq ki, aqressiv oynayaq və topa nəzarət edək. Bir də rəqibin standart vəziyyətlərdən istifadə etməsinə imkan verməməliyik”.

 

Hofmann qeyd edib ki, sabahkı matçda onları ancaq qələbə qane edəcək: “Biz sabah 3 xal üçün mübarizə aparacağıq. Bəzi oyunlarda son 20-30 dəqiqə ərzində çətinliklə üzləşmişik. Buna baxmayaraq, sabahkı matçda öz üstün cəhətlərimizdən istifadə etməyə çalışacağıq. Əlbəttə ki, azarkeşlərimizin yanımızda olması çox önəmlidi. Onlar PAOK-la səfər matçımızda da bizi dəstəkləmişdilər. Sabah da elə olacaq və bu bizim üçün əlavə motivasiyadı”.

 

O əlavə edib ki, əsas heyətdə yer alsa, əlindən gələni edəcək: “Borussiya” böyük klubdu. Sabahkı matçda meydana çıxsam, əlimdən gələni edəcəm. Keçən mövsüm zədəli oldum. Amma bu mövsüm komandaya lazımi qədər kömək edəcəm. İnanıram ki, sabah 3 xal qazanıb, Almaniyaya qələbə ilə qayıdacağıq”.

0