“Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib. Apasport.az saytınınməlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb.
“İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.
Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib.
Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı