“Qəbələ”nin avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinə PAOK-la (Yunanıstan) qolsuz heç-heçə ilə başlayan “qırmızı-qaralar” sonuncu dəfə II təsnifat mərhələsində uduzmuşdu.
İyulun 17-də səfərdə Serbiya “Çukariçki”sinə 0:1 hesabı ilə yenilən təmsilçimiz cavab oyununda (2:0) başladığı seriyanı Kipr “Apollon”u (1:1, 1:0), Yunanıstan “Panatinaikos”u (0:0, 2:2) və bu dəfə PAOK-la qarşılaşmada davam etdirib.
“Qəbələ”nin bu seriyası Azərbaycan klublarının avrokuboklardakı rekordunun bir addımlığınadək irəliləməsi deməkdi. Belə ki, ölkəmizin rekordu 7 məğlubiyyətsiz qarşılaşmadan ibarətdi. Buna iki dəfə “Qarabağ”, bir dəfə “İnter” imza atıb. Ağdamlılar 2009-10 və 2011-13, paytaxt təmsilçisi 2010-13-cü illərdə ardıcıl 7 matçda uduzmayıb.
“Qəbələ” bu rekordu təkrarlamaq üçün Rusiya “Krasnodar”ı ilə səfər matçında udumamalıdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA