[b]“Qəbələ”dən 5-ci “quru” oyun[/b]
18.09.2015 - 01:18
[b]“Qəbələ”dən 5-ci “quru” oyun[/b]

Avropa Liqasında çıxış edən “Qəbələ” cari mövsüm evdə keçirdiyi avrokubok oyunlarında qol buraxmayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Şiroki Briyeq”ə (Bosniya və Herseqovina) öz meydanında 0:2 hesabı ilə uduzan əyalət klubu bundan sonra evdə qol buraxmır.

 

Seriyasını 5-ə çatdıran Roman Qriqorçukun yetirmələri “Dinamo” (Tiflis, Gürcüstan) və “Çukariçki” (Serbiya) üzərində 2:0, Kipr “Apollon”u ilə matçda 1:0 hesablı qələbə qazandıqdan sonra iki Yunanıstan təmsilçisi – “Panatinaikos” və PAOK-la qolsuz heç-heçə edib.

 

Azərbaycan klublarının evdəki avrokubok oyunlarında rekord isə 6-ya bərabərdi. 1999-cu ildə “Srvena Zvezda”ya (Serbiya) 2:3 hesabı ilə uduzandan sonra “Neftçi” 8 il evdə qol buraxmayıb.

 

Bu seriyanı 2007-ci ildə Avstriya “Rid”i qırıb. Bakılılar 2:1 hesabı ilə qalib gəlsə də, quru seriyası qırılıb.