[b]“Qəbələ”nin “Sürix”lə oyununun vaxtı və məkanı dəqiqləşdi[/b]
16.01.2018 - 16:56
"Qəbələ"nin Antalya toplanışı çərçivəsində "Sürix"lə keçirəcəyi yoxlama matçının başlama saatı və məkanı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah İsveçrə təmsilçisi ilə üz-üzə gələcək Roman Qriqorçukun yetirmələri Bakı vaxtı ilə saat 16:30-da meydana çıxacaqlar.
Görüş "Kaya Belek" otelinin meydançasında təşkil olunacaq.
Qeyd edək ki, “Sürix”lə oyun “Qəbələ”nin ilk hazırlıq mərhələsində sonuncu matçıdı.
0
0