[b]“Qəbələ”nin Antalyada 11-ci günü[/b]
15.01.2018 - 22:40
“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda Antalyada keçirilən təlim-məşq toplanışının 11-ci gününü başa vurub.
“Qırmızı-qaralar” günü bir məşqlə tamamlayıblar. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdiriblər.
Futbolçular iki qrupa bölünüb və toplu çalışmaları yerinə yetiriblər.
0
0