Braziliya yığmasının hücumçusu Aleşandre Pato karyerasını yenidən Avropada davam etdirə bilər. Hazırda ölkəsində icarə əsasında “Sao-Paulo” klubunun şərəfini qoruyan 26 yaşlı forvard Bundesliqa yolundadı.
Pato “Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sının maraq dairəsinə düşüb. Almanlar futbolçunun müqavilə ilə məxsus olduğu “Korintians” klubu ilə danışıqlara başlayıblar. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Pato qış fasiləsində “Borussiya”ya transfer olunacaq.
Qeyd edək ki, Aleşandre Pato 2007-2012-ci illərdə “Milan”da çıxış etdikdən sonra Braziliyaya qayıtmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı