“Krasnodar” klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının şərəfinə uşaqlar arasında turnir keçirəcək. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 11 yaşlı uşaqların iştirak edəcəyi turnirdə 48 komanda mübarizə aparacaq.
“Krasnodar” uşaq məktəbinin bütün filiallarının qatılacağı turnirdə komandalar 12 qrup üzrə bölünəcəklər. Hər kollektivin öz adı olacaq və onlar çempionluq uğrunda mübarizə aparacaqlar.
Sabah start götürəcək turnirin dekabra qədər davam edəcəyi bildirilir.
Qeyd edək ki, “Krasnodar”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən biri də “Qəbələ”di.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA